Azərbaycan Respublikası, Türkmənistan və Əfqanıstan ilə nəqliyyat sahəsində əməkdaşlıq edir
Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.
Sənəd üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət müvafiq İşçi Qrupun videokonfrans formatında görüşü zamanı Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev, Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Əcmal Əhmədi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov tərəfindən imzalanıb.
Görüşdə Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.