Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i372321-azərbaycanda_koronavirusa_yoluxmuş_şagird_və_təhsil_işçilərinin_sayı_açıqlanıb
İndiyədək Azərbaycan Respublikasında koronavirusa yoluxan şagirdlərin sayı 14 min 758, təhsil işçilərinin sayı 7 min 90 nəfərdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2021 09:48 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

İndiyədək Azərbaycan Respublikasında koronavirusa yoluxan şagirdlərin sayı 14 min 758, təhsil işçilərinin sayı 7 min 90 nəfərdir.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2 min 246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4 min 411 nəfər, 10-11-ci siniflərdə isə 7 min 525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.