Az. R-da son sutka ərzidnə 226 nəfər COVID-19-a yoluxub
Yan 27, 2021 17:25 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək Az. R-də ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, ötən müddət ərzində isə ümumilikdə 2 380 074 test aparılıb.