Azərbaycan-Özbəkistan biznes forumu keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i372552-azərbaycan_Özbəkistan_biznes_forumu_keçirilib
Az. R-ı İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə video-konfrans formatında Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2021 14:02 Asia/Baku
  • Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Az. R-ı İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə video-konfrans formatında Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan və Özbəkistan arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində böyük potensialı vuğulayıb.