Nigeriyada dəniz quldurlarının qətlə yetirdiyi azərbaycanlının nəşi Bakıya gətirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i372554-nigeriyada_dəniz_quldurlarının_qətlə_yetirdiyi_azərbaycanlının_nəşi_bakıya_gətirilib
Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2021 14:29 Asia/Baku
  • Nigeriyada dəniz quldurlarının qətlə yetirdiyi azərbaycanlının nəşi Bakıya gətirilib

Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib

 SəhərAzəri IslamAzeri.coma-istinadən xəbər verir ki, Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.