Yan 28, 2021 17:13 Asia/Baku

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

Bildirilib ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. 

 

Teqlər