Azərbaycandan bu il də Həcc ziyarəti baş tutmaya bilər
Fev 09, 2021 12:47 Asia/Baku
Azərbaycandan bu il də Həcc ziyarəti olmaya bilər.
SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, bu barədə Az. R. Qafqaz Müsəlmanları İdarəsi məlumat bildirib. Qeyd edilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib:“Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı ehtimal edilir”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci ildə də Azərbaycan Respublikasından Həcc ziyarəti baş tutmayıb.