«Neftçi» Azərbaycan Respublikasının kubok yarışlarında yarı yolda qaldı
Fev 09, 2021 19:16 Asia/Baku
Bakının «Neftçi» futbol klubu «Zirə» klubuna məğlub olaraq, Azərbaycan Respublikasının kubok yarışlarından kənara çıxdı.
SəhərAzəri xəbər verir, birinci hissənin sonunadək iranlı yarımmüdafiəçi Saman Nərimanın tərkibində oynadığı «Neftçi» komandası sıfır-bir hesabı ilə «Zirə» komandasına məğlub oldu.
Bu mərhələdə iki-sıfır hesabı ilə «Kəpəz» futbol klubuna qalib gələn «Keşlə» komandası bütövlükdə üç-sıfır üstünlüyü qazanaraq, yarışların növbəti mərhələsinə vəsiqə qazanıb.
Bundan öncə iranlı futbolçular- Hoccət Həqqverdi və Əli Qorbaninin oynadıqları «Sumqayıt» komandası «Qarabağ» futbol klubu ilə yanaşı yarışların ikidə bir finalına vəsiqə qazanmışdı.