Allahşükür Paşazadə İsrail rejimin səfiri ilə görüşüb
Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İsrail rejiminin Azərbaycana yeni təyin səfiri Corc Dik və Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevi qəbul edib.
SəhərAzəri xəbər verir, görüşdə Allahşükür Paşazadə, bu ölkədə müxtəlif dinlərin ardıcıllarının dinc yanaşı yaşaması və multikulturalizm səyasətinə, xüsusilədə İlham Əliyevin böyük roluna toxunaraq, 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda azərbaycanlılarla bərabər mübarizə aparan digər dinlərdən olan döyüşçülərə minnətdarlığını bildirib.
Sionist rejimin səfiri Corc Dik də bu görüşdə , Azərbaycanda 30 min yəhudinin problemsiz yaşadığına toxunaraq, bu ölkəni dini tolerantlığın bariz nümunəsi adlandırıb və işğal olunmuş ərazilərin azad edilməsini təbrik edib və iqtisadi və siyasi əlaqələrin inkişafını vurğulayaraq, onu İşğal olunmuş Fələstin Ərazilərinə səfər etməyə və yəhudi dini liderləri ilə görüşməyə dəvət edib.
Dağ Yəhudiləri Dini İcmasının sədri Mixail Yevidayev də , sionist rejimin Bakıdakı yeni səfirinin Dağlıq Qarabağ müharibəsinin ilk günlərindən etibarən göstərdiyi dəyərli səyləri və Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndirib və sionist rejimlə Azərbaycan Respublikasının bütün sahələr üzrə əlaqələrinin genişləndirilməsi vacibliyini vurğulayıb.