Azərbaycan Respublikasının Xəzərdə qaz kəşfiyyatı sahəsindəki fəaliyyətləri davam edir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkənin təsdiq olunmuş təbii qaz ehtiyatlarının ümumi həcmini iki tam onda altı trilyon kubmetr elan edib.
SəhərAzəri xəbər verir, Əliyev Azərbaycan Respublikasının təbii qazının Avropaya ötürülməsinə şamil olan cənub qaz dəhlizinin məşvərət şurasının yeddinci online iclasında etdiyi çıxışda sonra belə deyib: Azərbaycan Respublikasının təbii qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli bir mənbədir.
Azərbaycan Respublikasının prezidenti Xəzər dənizində yerləşən Azəri, Çıraq və Günəşli yataqlarında nəzərəçarpacaq həcmdə qaz ehtiyatının olmasına işarə ilə deyib ki, bu ölkənin Xəzər dənizində enerji resursları istiqamətindəki fəaliyyətləri davam edəcək.
Azərbaycan Respublikası ötən ilin sonlarında bu ölkənin Xəzər dənizindəki «Şahdəniz» yatağının təbii qazının cənub qaz dəhlizi vasitəsilə Avropaya ötürülməsinin başlandığını bildirib.
İtaliya ərazisi, Adriatik dənizinin dibi və Yunanıstan ərazisində yerləşən Trans-Adriatik, Türkiyə ərazisində yerləşən Trans-Anadolu, Gürcüstan və Azərbaycan Respublikası ərazilərində yerləşən Cənubi Qafqaz boru kəmərinə şamil olan cənub qaz dəhlizinin işə salınması layihəsi son bir neçə ildə icra olunub və ötən ilin sonlarında başa çatıbdır.
Cənub qaz dəhlizinin məşvərət şurasının yeddinci online iclası dünən bu qaz dəhlizinin gələcək fəaliyyətini araşdırmaq məqsədilə on səkkiz ölkənin enerji orqanlarının, eləcə də bəzi beynəlxalq maliyyə orqanları və neft şirkətlərinin nümayəndələri və rəsmilərinin iştirakı ilə keçirilib.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bu iclasda bildiribdir ki, həmin ölkə cari milad ilində Avropaya beş milyard, Türkiyəyə səkkiz milyard, Gürcüstana isə bir milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırıb.