Az. R. XİN-dən Ermənistana çağırış
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan konkret addımların atmılmasını istəyib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.
Bununla bağlı məlumat verən Az. R. XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:
"Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə, bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır".