Fev 19, 2021 16:48 Asia/Baku
  • Əli Əsədov: “Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların azaldılmasını hədəfləyib”

“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faizədək azaltmaq hədəfini müəyyənləşdirib”.

SəhərAzəri “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycan Respublikasının baş naziri Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, Paris Sazişinin reallaşdırılması davamlı inkişaf hədəflərinə çatmaq üçün vacibdir və bu saziş emissiyaların azaldılmasına imkan verən yol xəritəsi rolunu oynayır.

 

Teqlər