Fev 23, 2021 09:34 Asia/Baku
  • Əli və Zəhra Azərbaycan Respublikasında körpələrə verilən ən sevimli adlardır

Azərbaycan Respublikasında körpələr üçün Əli və Zəhra adlarının seçilməsi, digər adlardan daha çox diqqət mərkəzində durur.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının ədliyyə nazirliyi bildirib: Cari ilin yanvar ayında bu ölkədə körpə oğlan uşaqları üçün ən çox seçilən adlar, Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd olubdur.

Belə bir halda, bu respublikada qız körpələr üçün ən çox seçilən adlar isə Zəhra, Zeynəb, Fatimə, Aylın və Məryəmdir.

Teqlər