Mart 04, 2021 16:48 Asia/Baku
  • Futbol üzrə Azərbaycan Respublikası çempionatının on səkkizinci həftəsi başa çatıb

Dünən futbol üzrə Azərbaycan Respublikası çempionatının on səkkizinci həftəsi başa çatıb.

SəhərAzəri xəbər verir, Mühüm oyunlarda Neftçi komandası iki-bir hesabı ilə Sabah komandasını məğlub edib. İranlı yarımmüdafiəçi Saman Nəriman Cəhan bu görüşdə ehtiyat oyunçular skamyasında əyləşib.

Sumqayıt komandası da öz evində Zirə komandası ilə bərabərliyə qalıb: sıfır-sıfır.

İranlı müdafiəçi Hoccət Həqqverdi, həmçinin iranlı hücumçu və Azərbaycan Respublikası yığma futbol komandasının üzvü Əli Qorbani tam şəkildə oyunda iştirak ediblər. İranlı hücumçu Məhdi Şərifi isə oyunda iştirak etməyibdir. Qorbani on üçüncü dəqiqədə hakimin sarı vərəqəsi ilə üzləşibdir.

Azərbaycan Respublikası premyer liqasının cədvəlində Qarabağ komandası müsbət 29 top fərqi və 36 xal ilə cədvəlin önündə yerini möhkəmlədib.

Neftçi komandası müsbət beş top fərqi və 36 xalla ikinci, Zirə klubu 29 xalla üçüncü, Sumqayıt komandası isə 24 xalla dördüncü yerdədirlər.

İranlı müdafiəçi Peyman Keşavərzin oynadığı Səbayel klubu on yeddi xalla cədvəlin altıncı pilləsində durur.

Azərbaycan Respublikası premyer liqasının bombardirlər cədvəlində isə Sumqayıt komandasını təmsil edən iranlı hücumçu Əli Qorbani yeddi qolla beşinci yerdə gedir.

Teqlər