Az. R. DİN-dən 8 mart aksiyası ilə bağlı xəbərdarlıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i374073-az._r._dİn_dən_8_mart_aksiyası_ilə_bağlı_xəbərdarlıq
Az. R. Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2021 13:01 Asia/Baku
  • Az. R. DİN-dən 8 mart aksiyası ilə bağlı xəbərdarlıq

Az. R. Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir.

Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.