İranın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Gününü münasibətilə paylaşım edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i374189-İranın_azərbaycandakı_səfirliyi_beynəlxalq_qadınlar_gününü_münasibətilə_paylaşım_edib
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2021 05:41 Asia/Baku
  • İranın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Gününü münasibətilə paylaşım edib

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

SəhərAzəri xəbər verir, səfirlik bu barədə rəsmi twitter səhifəsində paylaşım edib:

“Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”.