Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib
https://azeri.sahartv.ir/news/azərbaycan-i374196-naxçıvanın_sabiq_daxili_işlər_nazirinin_həbsi_rəsmən_təsdiqlənib
Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2021 09:07 Asia/Baku
  • Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib

Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

SəhərAzəri Apa-ya istinadən xəbər veriri ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti bildirib ki,  Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur. 

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb. 

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.