Mart 13, 2021 10:01 Asia/Baku
  • DSX-nın Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb

AR Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yeni hərbi hissəsi açılıb

SəhərAzəri xəbər verir ki, AZ. R. Dövlət Sərhəd Xidmətinin (DSX) martın 12-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən DSX rəisinin müavini, general-leytenant İlham Mehdiyev Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi suverenliyinin bərpa olunduğu, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin işğalına son qoyulduğu, Vətən müharibəsinin Azərbay­canın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını vurğulayıb.

Teqlər