Mart 13, 2021 18:24 Asia/Baku
  • Azərbaycan Respublikasında görkəmli İran bəstəkarına həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikasının Milli Musiqi Akademiyası onlayn seminarda İran musiqisinin görkəmli xadimi ustad Fərhad Fəxrəddininin fəaliyyətini yüksək qiymətləndirib.

SəhərAzəri xəbər verir ki, Bakıda, Azərbaycan Respublikasının Milli Musiqi Akademiyasında virtual formada keçirilən seminarda bu ölkə universitetlərinin tanınmış müsiqi müəllimlərindən 25 nəfər və İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi iştirak ediblər.

İranın əsl musiqisi ilə daha yaxından tanışlıq, ustad Fərhad Fəxrəddininin elmi şəxsiyyətinin qiymətləndirilməsi və onun musiqi əsərlərinin təqdim olunması, seminarın məqsədləri elan olunub.

12 mart 1938-ci il təvəllüdlü Fərhad Fəxrəddini İran musiqisinin ən görkəmli ustalarından biri sayılır.

«İmam Əli», «Rey müsafiri», «Biri varmış, biri yoxmuş» və «İngilis çantası» kimi məşhur İran seriallarının titrajı və mətn musiqisinin yazılması, həmçinin İran musiqisinin digər böyük ustadları, o cümlədən Mohəmməd Reza Lotfi və Mohəmməd Reza Şəcəriyan ilə əməkdaşlıq, İran incəsənətinin bu yadda qalan simasının dəyərli sənət fəaliyyətlərindəndir.

Teqlər