Mart 16, 2021 08:44 Asia/Baku
  • Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycan Respublikasında İlaxır çərşənbə qeyd olunur.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan Respublikası xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

İlaxır çərşənbə hər il Azərbaycan Respubliasında təntənəli qeyd olunur, amma bu il Korona Virus Pandemiaysı səbəbindən fərqli olacaq.

Teqlər