Azərbaycan Tokio-2020-yə 16-cı lisenziyanı qazanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i374623-azərbaycan_tokio_2020_yə_16_cı_lisenziyanı_qazanıb
Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2021 08:15 Asia/Baku
  • Azərbaycan Tokio-2020-yə 16-cı lisenziyanı qazanıb

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Azərbaycan Respublikasının  milli komandasına növbəti vəsiqəni sərbəst güləşçi Hacı Əliyev qazandırıb. 

30 yaşlı üçqat dünya çempionu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Sakultandan (Moldova) üstün olub. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əliyev təsnifat yarışında həlledici görüşə də vəsiqəyə yiyələnib.  

Qeyd edək ki, bununla da Azərbaycan yığması Tokio-2020-yə lisenziya sayı 16-ya çatıb. 

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.