Mart 19, 2021 21:30 Asia/Baku
  • Azərbaycan R-da yeddi iranlı məhbus əfv olunub
    Azərbaycan R-da yeddi iranlı məhbus əfv olunub

Azərbaycan Respublikasının prezidenti novruz bayramı ərəfəsində bu ölkədəki yeddi iranlı məhbus da daxil olmaqla məhbuslardan bir qrupunun əfv edilməsi haqda fərman verib.

SəhərAzəri xəbər verir ki,  Azərbaycan Respublikası prezidentinin fərmanına görə, bu ölkənin mühacirlərin məsələləri üzrə dövlət orqanı və ədliyyə nazirliyinə/ əfv olunmuş xarici vətəndaşların öz ölkələrinə köçürülmələri barədə lazımi tədbirlər görmələri həvalə olunub.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq bölməsi bu şəxsləri təhvil almaq və çıxış sərhədlərinə göndərmək üçün idarə işlərini görməkdədir.

Səfirliyin bildirişinə görə, iki yüzə yaxın İran vətəndaşı Azərbaycan Respublikasının zindanlarında öz məhkumluq dövrünü keçirməkdədir və əksərən qəflətə qapılma və ya aldadılma nəticəsində narkotik maddələr daşımaq kimi cinayətlərə görə məhkum edilmiş həmin şəxslərin əfv edilmələri və ya cəzalarının yüngülləşdirilməsi, yaxud da ekstradisiyası üzrə səylər İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iş gündəmində durur.

AZƏRBAYCAN RESPUBLİKASINDA 7 İRANLI MƏHBUS ƏFV OLUNUB

Teqlər