"Vaşinqton Post" Əliyevin bayramı Şuşada qeyd etməsindən yazdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i374711-vaşinqton_post_Əliyevin_bayramı_Şuşada_qeyd_etməsindən_yazdı
ABŞ-ın məşhur “Vaşinqton Post” nəşrində Novruz bayramının erməni işğalından azad olunan Şuşada qeyd edilməsi barədə məqalə dərc edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2021 15:26 Asia/Baku

ABŞ-ın məşhur “Vaşinqton Post” nəşrində Novruz bayramının erməni işğalından azad olunan Şuşada qeyd edilməsi barədə məqalə dərc edilib.

SəhərAzəri xəbər verir ki, müəllif "Azərbaycan prezidenti Novruzu azad edilmiş mədəniyyət şəhərində qeyd edir" başlıqlı məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin Şuşa şəhərində ənənəvi tonqalı alovlandırmaqla azad olunan torpaqlara bayram gətirdiyi səfərini işıqlandırır.

Məqalədə Şuşanın əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olduğu və 2020-ci ilin noyabrında bu şəhərin Azərbaycan silahlı qüvvələri tərəfindən azad edilməsinin böyük simvolik əhəmiyyəti və strateji baxımdan vacibliyi qeyd olunur.