Azərbaycan yığması Dünya Çempionatına ev sahibliyi edən Qətərə də uduzdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i374978-azərbaycan_yığması_dünya_Çempionatına_ev_sahibliyi_edən_qətərə_də_uduzdu
Azərbaycan yığması Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2021 08:50 Asia/Baku
  • Azərbaycan yığması Dünya Çempionatına ev sahibliyi edən Qətərə də uduzdu

Azərbaycan yığması Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

SəhərAzəri xəbər verir ki, Azərbaycan millisi növbəti oyununu keçirib.

Bu, Canni de Byazinin yetirmələrinin 2021-ci ildə ikinci matçı olub. Üç gün öncə dünya çempionatının seçmə oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan Azəörbaycan millisi yoxlama xarakterli ilk görüşünə Macarıstanda çıxıb. 

Matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açan Azərbaycan yığması 6 oyunluq qol həsrətinə son qoyub. Bu, forvardın yığmada 6-cı qolu olub. Lakin Kiprlə ötən ilin sentyabrındakı matçdan 200 gün sonra rəqib qapısına yol tapan Azərbaycan millisi qələbəsizliyə son qoya bilməyib.

İkinci hissənin əvvəlində 4 dəqiqəyə iki top buraxan Azərbaycan millisi Asiya təmsilçisinə də uduzub. Bunadək Qətərlə keçirdiyi qarşılaşmalarda uduzmayan milli bu rəqibə də məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gündən sonra DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.