Azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i375210-azərbaycanlı_uşaqlar_ölkəyə_qaytarılacaq
Suriya və İraqda qalan azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 11:31 Asia/Baku
  • Azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq

Suriya və İraqda qalan azərbaycanlı uşaqlar ölkəyə qaytarılacaq

SəhərAzəri xəbər verir ki, “Suriyadan qaytarılmasını təklif etdiyimiz şəxslər uşaqlardır. Heç bir uşaq valideyninin cinayətinin cəzasını çəkməli deyil” bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib.

Ombudsman bildirib ki, o uşaqlara yardım əli uzadılmalıdır: “Xüsusi mexanizm tərtib etməliyik. Burada bizi narahat edən qadın və uşaqların hüquqlarının müdafiəsidir. Ombudsman təsisatı da bu məsələdə iştirak edəcək”.