Apr 14, 2021 14:33 Asia/Baku
  • İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib

Azərbaycan Respublikası prezidenti, Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu, ancaq İrəvan tərəfindən heç bir qarşılıqlı hərəkət görmədiyini bildirib.

SəhərAzəri xəbər verir ki, İlham Əliyev "Münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən konfransda deyib: "Mən bir neçə dəfə aydın şəkildə bildirdim ki, Bakı, İrəvanla sülh razılaşması imzalamağa hazırdır, lakin bunun qarşısında Ermənistanın baş nazirinin sözləri və xarici işlər nazirinin aqressiv açıqlamaları göstərir ki, hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil".

Azərbaycan prezidenti Əliyev Bakının Ermənistanla sərhəddə hərbi proqramının olmadığını bəyan edərək, münaqişədən sonra Qarabağ ətrafındakı vəziyyəti kövrək adlandırıb.

Əliyev, eyni zamanda, Rusiya qoşunlarının geri çəkilməsindən sonra regionun vəziyyəti   barədə deyib: "Azərbaycan Respublikasının Tovuz və Zənglianda Ermənistanla sərhədləri var və heç bir problem yaranmayacaq".

Azərbaycan Respublikası prezidenti sözlərinin davamında Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları barədə narahatlıq ifadə edib və qeyd edib ki, Bakı öz mövqeyini rusiyalı tərəfdaşlarına bildirib və hər hansı bir düşüncə və ya hərəkətə güclü cavab verəcək.

 

Teqlər