Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i375862-bakıda_ana_və_körpəsini_maşın_vurub_körpə_ölüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 22:00 Asia/Baku
  • Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki,hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.