Azərbaycan Respublikası premyer liqasının 23-cü həftəsi başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i375913-azərbaycan_respublikası_premyer_liqasının_23_cü_həftəsi_başlanıb
Azərbaycan Respublikası premyer liqasının iyirmi üçüncü həftəsi «Sumqayıt» komandasının qələbəsi və «Qarabağ» klubunun birinciliyinin davam etməsi ilə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2021 14:54 Asia/Baku
  • Azərbaycan Respublikası premyer liqasının 23-cü həftəsi başlanıb

Azərbaycan Respublikası premyer liqasının iyirmi üçüncü həftəsi «Sumqayıt» komandasının qələbəsi və «Qarabağ» klubunun birinciliyinin davam etməsi ilə başlanıb.

SəhərAzəri xəbər verir ki, bu həftənin ilk görüşündə «Sumqayıt» komandası öz evində «Qələbə» klubunu iki-sıfır hesabı ilə məğlub edib.

«Sumqayıt» komandasında Azərbaycan Respublikası yığmasının üzvü, iranlı hücumçu Əli Qorbani yetmiş beşinci dəqiqədə komandasının ikinci qolunu vurub.

Azərbaycan Respublikası premyer liqasının yarış cədvəlində «Qarabağ» klubu 47 xalla öndə gedir. Bakının «Neftçi» komandası isə 43 xalla cədvəlin ikinci pilləsində durur.

«Zirə» və «Sumqayıt» komandaları isə otuz iki xal və qol fərqi ilə üçüncü və dördüncü yerlərdə gedirlər.

Azərbaycan Respublikası premyer liqasının bombardirlər cədvəlində də bu ölkə yığmasının üzvü, iranlı hücumçu Əli Qorban doqquz qol ilə dördüncü yerdədir.