Apr 19, 2021 18:01 Asia/Baku
  • Daxili işlər nazirinin birinci müavini Milli Məclisə hesabat verəcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub. Modern.az-ın məlumatına görə, plenar iclasın aprelin 23-nə keçirilməsi planlaşdırılır.

SəhərAzəri xəbər verir ki, İclas zamanı insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatı müzakirəyə çıxarılacaq. Plenar iclas zamanı hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.

Teqlər