Apr 19, 2021 23:57 Asia/Baku
  • AİP sədri Mövsüm Səmədov

10 ildir ki, məhbəs həyatı yaşayan vicdan məhbusu, "Azərbaycan İslam Partiyasının sədri, ilahiyyatçı alim, həkim Mövsüm Səmədov 7 saylı cəzaçəkmə müəssisəsində növbəti dəfə “kars”a salınıb.

SəhərAzəri:10 ildir ki, məhbəs həyatı yaşayan vicdan məhbusu, "Azərbaycan İslam Partiyasının sədri, ilahiyyatçı alim, həkim Mövsüm Səmədov 7 saylı cəzaçəkmə müəssisəsində növbəti dəfə “kars”a salınıb.

Qeyd edirəm ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları və s. ilə bağlı hakimiyyətin siyasətini tənqid edib.

Həmin tənqidi çıxışdan 5 gün sonra 7 yanvar 2011-ci ildə işdən evə dönərkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılıb və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib.

13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitib və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.

Daha sonra M.Səmədova qarşı bir sıra ittihamlar irəli sürüıüb.

20 yanvar 2011-ci ildə Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq-qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-ci (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib, Nəsimi Rayon Məhkəməsi tərəfindən onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu maddələr üzrə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, əvvəlcə 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilib: Orada bir neçə dəfə “kars”a salınıb. Daha sonra 12 saylı cəzaçəkmə müəssisəsinə etap edilib. Burada əvvəl 5, daha sonra 7 sutkalıq “kars”a salınıb.

Daha sonra 2 il müddətinə Qobustan həbsxanasına göndərilib.

Hazırda 7 saylı cəzaçəkmə müəssisəsindədir və növbəti dəfə “kars”a salınıb.

 

Xatun Etibarqızı

Hədəf14.az

 

Teqlər