Apr 24, 2021 17:17 Asia/Baku
  • Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın Bakıdakı səfirliyinə müraciət ünvanlayıb.

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın Bakıdakı səfirliyinə müraciət ünvanlayıb.

SəhərAzəri xəbər verir kia. Müraciətdə deyilir: Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya “şəxsi səfər”ə gəlib. Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub.

Müraciət müəllifləri qeyd edirlər ki, hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib. Digər tərəfdən Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Araik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?

İctimaiyyət nümayəndələri ümidvar olduqlarını bildirirlər ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.

Teqlər