AR parlamentinin Baydenin mövqeyinə reaksiyası
Apr 25, 2021 20:04 Asia/Baku
Azərbaycan Respublikası Milli Məclisinin deputatları erməni soyqırımının ABŞ prezidenti tərəfindən rəsmən tanınmasını tarixi və qəbuledilməz bir səhv hesab ediblər.
SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları bu gün Co Baydenin erməni soyqırımının rəsmən tanınması barədəki mövqeyini pisləyərək, onu tarixin təhrif edilməsi adlandırıblar.
Türkiyəyə dəstək verən azəri deputatlar vurğulayıblar ki, Amerika hökuməti və müxtəlif hökumətlər tərəfindən erməni soyqırımı barədə bəyanatların verilməsi Türkiyəyə və Azərbaycan Respublikasına siyasi təzyiq tətbiq etmək üçün bir vasitədir.