2020-ci ildə Azərbaycan Respublikasının hərbi büdcəsi artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i376361-2020_ci_ildə_azərbaycan_respublikasının_hərbi_büdcəsi_artıb
2020-ci ildə Azərbaycan Respublikasının hərbi büdcəsi artıb, Ermənistanın hərbi büdcəsi isə azalıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2021 09:50 Asia/Baku
  • 2020-ci ildə Azərbaycan Respublikasının hərbi büdcəsi artıb

2020-ci ildə Azərbaycan Respublikasının hərbi büdcəsi artıb, Ermənistanın hərbi büdcəsi isə azalıbdır.

SəhərAzəri xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu bildirib ki, 2020-ci ildə Azərbaycan Respublikası Ermənistana qarşı Qarabağ savaşına görə, öz hərbi büdcəsini on yeddi faiz artırıb.

Ermənistan isə həmin ildə nəinki öz hərbi büdcəsini artırmayıb, əksinə iki tam onda altı faiz də azaldıbdır.

Ötən il Azərbaycan Respublikasının hərbi büdcəsi iki milyard 238 milyon dollar olub və hərbi büdcə baxımından dünya ölkələri arasında on birinci yerdə qərar tapıbdır.

Ermənistanın hərbi büdcəsi isə Azərbaycan Respublikasının hərbi büdcəsindən dörd dəfə az olaraq, 638 milyon dollar təşkil edibdir.