Az. R-da “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 900 əməkdaşı virusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i376397-az._r_da_Əmək_və_Əhalinin_sosial_müdafiəsi_nazirliyinin_900_əməkdaşı_virusa_yoluxub
Azərbaycan Respublikasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 10 minlik kollektivdən virusa yoluxan əməkdaşların ümumi sayı 900 olub”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 09:56 Asia/Baku
  • Az. R-da “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  900 əməkdaşı virusa yoluxub

Azərbaycan Respublikasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 10 minlik kollektivdən virusa yoluxan əməkdaşların ümumi sayı 900 olub”.

SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir Sahil Babayev məlumat verib.

O bildirib ki, virusa yoluxan şəxslərdən altı nəfəri həyatını itirib və onlar arasında valideynlərini itirənlərin sayı daha çoxdur:

“Nazirliyin fəaliyyəti gündəlik vətəndaş qəbulu ilə bağlı olduğuna, quruma bağlı strukturlarda da gündəlik minlərlə insan qəbul edildiyinə və vətəndaş qəbuluna gələn insanların mühafizə qaydalarına riayət etmədiyinə görə nazirliyin kollektivi və ailə üzvləri virusa yoluxur. Hazırda deyə bilərik ki, 40 yaş üzərində bütün şəxslər vaksinasiyadan keçib”.

Nazir qeyd edib ki, artıq vaksinin hər iki dozasını qəbul edib:

“Həmçinin, bütün ailə üzvlərim də vaksinasiya prosesindən keçiblər. Onu da deyim ki, mənim də bir çoxları kimi qohumlarımdan və ailə üzvlərimdən koronavirusla bağlı itirdiyim insanlar olub”. 

SəhərAzəri