E.Namazov: "907-ci düzəlişin dondurulmasına görə bizə minnət qoymasınlar"
https://azeri.sahartv.ir/news/azərbaycan-i376647-e.namazov_907_ci_düzəlişin_dondurulmasına_görə_bizə_minnət_qoymasınlar
Azərbaycanlı siyasətçi ABŞ tərəfindən 907-ci düzəlişin daha bir il müddətinə dondurulmasının sirrini açdı.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 04, 2021 11:04 Asia/Baku
  • E.Namazov:

Azərbaycanlı siyasətçi ABŞ tərəfindən 907-ci düzəlişin daha bir il müddətinə dondurulmasının sirrini açdı.

SəhərAzəri-nin məlumatına əsasən,politoloq Eldar Namazov bizimyol.info-ya verdiyi açıqlamada ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bir il müddətinə dondurmasına münasibət bildirərkən deyib ki, dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəngində 907-ci düzəlişin bu il də dondurulmasını hədiyyə kimi qələmə verdi, lakin bizə minnət qoymasınlar. Başımıza qaxınc eləməsinlər. Çünki, bu onların özünə lazımdır.

Politoloq qeyd edib ki, 907-ci düzəlişin dondurulmasını Pentaqon istəyir, çünki ona Azərbaycan hökuməti ilə işləmək lazımdır. 907 dünya diplomatiyasında ikiüzlülüyə qoyulan abidədir. Azərbaycan torpaqları işğal altındaydı, ondan tələb edirdilər ki, kommunikasiyaları açsın. Bu gün Azərbaycan kommunikasiyaları açmağa hazırdır, mina xəritələrini tələb edir, niyə Ermənistan istəmir bəs? Bir dənə də 908-ci düzəliş etsinlər?! ABŞ-a Azərbaycan lazımdır.