May 05, 2021 12:28 Asia/Baku
  • Azərbaycan Respublikasının tanınmış şairi Fikrət Qoca vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.

SəhərAzəri xəbər verir ki,Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.

Fikrət Qoca SSRİ dövründə mükafatlara layiq görüldüyü kimi, sovet dağıldıqdan sonra da 1990-cı illər yaradıcılığına görə isə “Humay” mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.

Teqlər