Həbsdə olan məmurlara rahat şərait yaradıldığı deyilir
Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslərə xüsusi rahat şərait yaradıldığı deyilir.
SəhərAzəri Oxu.Az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxslərə xüsusi rahat şərait yaradıldığına dair məlumatlar paylaşılır.
Xüsusi imtiyaz yaradılanlar arasında həbs edilən icra başçılarının da olduğu iddia edilir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanlanıb və o yayılan bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Ancaq Azərbaycan Respublikası ümumi fikrində b usual aktual olaraq qalır ki, Bəs indi sabiq məmurlar harada saxlanılır, onların istintaqı barədə hansı yeniliklər var?
Vaxtilə vergidən yayınma ittihamı ilə həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya görə, icra başçıları, nazirlər, bankirlər və ümumiyyətlə, böyük büdcə pullarına əlləri çatan, çırpışdıran məmurların həbsə alınması özlüyündə çox yaxşı haldır.
Əvəz zeynallı eyni zamanda bildirir ki, “təəssüflə bu şəxslər həbsə alınandan sonra durumları əvvəlkindən elə də fərqlənmir. Bəzilərinin ”içəri"də də kefləri kök olur. Çünki pul orada da işləyir. Özlərinə “içəri”də otaq düzəldirlər. Orada televizorları, soyuducuları, telefonları, qulluqçuları belə olur. Hətta “zon”a gedəndə özlərinə orada ayrıca otaq düzəldirlər.
Xatırladaq ki, Vaxtilə vəzifədə olan Penitensiar Xidmət rəislərindən biri bu barədə demişdi ki, ”burada nə var ki, kimin pulu var, verir və yaxşı yaşayır".
Əvəz Zeynallı deyir ki, vəziyyəti dəyişmək üçün Cinayət Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə köklü dəyişikliklər edilməlidir və Qanunlarda o qədər böyük boşluqlar var ki, qanun qarşısında hər bir məhbusun bərabərliyini bərqərar etmək üçün mütləq islahatlar aparılmalıdır.