May 06, 2021 14:54 Asia/Baku
  • Azərbaycan Ruhanilər Məclisi bəyanat yayıb

Azərbaycan Ruhanilər Məclisi İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev haqqında çıxarılan məhkəmə qərarına münasibət bildirib.

SəhərAzəri- nin məlumatına əsasən, bəyanatda deyilir ki, Azərbaycan Ruhanilər Məclisi Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə  verilən 16  il  müddətində azadlıqdan məhrum etməni ölkədə cərəyan edən islamafobiyanın aydın təzahürü kimi qiymətləndirir və buna öz etirazını bildirir.

Həbsin gərçəkləşdiyi ilk gündən məsələnin  qərəzli və sifarişli olması kimsədə şübhə doğurmurdu. Bu gün qəbul olunan qərar isə bunun əyani sübutudur. Azərbacyan Ruhanilər Məclisi bir daha həbsin özünü və həbslə bağlı amansız qərarı qətiyyətlə pisləyir."- deyə bəyanat müəllifləri qeyd edirlər.  

Teqlər