May 06, 2021 19:58 Asia/Baku
  • AİP Hacı İlham Əliyevin 16 illik həbsi ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası qurumun sədr əvəzi Hacı İlham Əliyevin saxlanılması ilə bağlı bəyanat verib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: hakin Qəniyevin məhkəmə istintaqının ilk günündən İslamçıya qənim kəsildiyi kimi, son sözünü-hökmünü də qəddarlıqla yoğuraraq  elan etdi. Beləliklə ruhani alim, cəmiyyət içərisində böyük hörmət və izzət sahibi, hər sözündə və hər çıxışında insanları Vətəni sevməyə, iman gücünü artırmağa, səbr və təmkinli olmağa, ədaləti və haqqı hər şeydən uca tutmağa sövq edən, iki azyaşlı məktəbli övladı olan Hacı İlham Əliyev 16 il azadlıqdan məhrum edildi.

Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, Hacı İlham Əliyev heç bir cinayətə yol verməmişdir. AİP sədr əvəzinin “Vətənə xəyanət” ittihamı ilə məhkum edilməsini nə özü, nə də bu ölkənin heç bir vətəndaşı qəbul etmir. "Biz bunu sadəcə bir siyasi partiyaya qarşı qərəz, ruhani alimə, islamçıya qarşı şər və böhtan kimi qiymətləndiririk. Bir ölkənin ədalət göstəricisi olan məhkəmə hakimi günahsız insana 16 il həbs cəzası hökmü verməsi isə həmin cəmiyyətin mənəviyyatının tapdanması, dininə həqarət, gələcəyinə qara pərdə çəkmək deməkdir."-deyə bəyanatda vurğulanır.  

Partiya tələb  edir ki, Hacı İlham tezliklə haqq etdiyi azadlığa buraxılmalı, dinimizin təbliği və maarifləndirməsi işini davam etdirməlidir. Çünki belə bir ruhani alimin həbsi xalqın mənəviyyatının həbsi, Azərbaycana İslam dünyasında qara ləkə vurmaq deməkdir. 

Teqlər