May 07, 2021 11:16 Asia/Baku
  • Əbulfəs Qarayevin müavi
    Əbulfəs Qarayevin müavi

Rüşvət almaqda təqsirləndirilən Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SəhərAzəri -nin məlumatına əsasən, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyat nəticəsində nazirlik rəsmilərinin korrupsiya əməlləri ilə məşğul olduqları, mədəni abidələrin qorunub saxlanılması və bərpası üçün ayrılan vəsaitləri mənimsəmələri aşkar edilmişdir. Nazirlikdə geniş qanun pozuntuları qarşılığında Nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Sonra Mədəniyyət Naziri Əbulfəz Qarayev də vəzifəsindən azad edildi. Ancaq onun Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxardığı barədə yayılan məlumatlara, eləcə də başçılıq etdiyi nazirlikdə baş vermis geniş miqyaslı yeyintilərə rəğmən cinayət işinə cəlb edilməməsi Azərbaycan Respublikası ümumi fikrində onun toxunulmaz olması barədə fikir formalaşdırıb.  

Xatırladaq ki, sabiq nazirin Britaniyaya külli miqdarda pul çıxarması barədə "Gununsesi.org" saytı Britaniyanın “Evening Standard” qəzetinə istinadla məlumat yaymışdı.

 

 

Teqlər