Şuşada yeni məscidin təməli qoyulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i376921-Şuşada_yeni_məscidin_təməli_qoyulub
Mayın 12-də Azərbaycan prezidentinin iştirakı ilə Şuşada yeni məscidin təməli qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2021 12:01 Asia/Baku
  • Şuşada yeni məscidin təməli qoyulub

Mayın 12-də Azərbaycan prezidentinin iştirakı ilə Şuşada yeni məscidin təməli qoyulub.

SəhərAzəri-nin məlumatına əsasən, məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib: "Şuşada yeni məscid tikiləcəkdir. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib"-

Dövlət başçısı qeyd edib ki, burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.