Bakıda Həkim Əbulqasim Firdovsinin anım mərasimi keçirilib
Bakıda fars dili və ədəbiyyatına maraq göstərənlər, yazarlar və fars dili öyrənənlərin iştirakı ilə videoformatda tanınmış iranlı epopeya ustası Həkim Əbulqasim Firdovsinin anım mərasimi keçirilib.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Qorbanəli Pourmərcan, Səədi fondunun nümayəndəsi Məsud Həsəni və Bakı Dövlət Universitetinin müəllimi Aygün Əlizadə fars ədəbiyyatı, həmçinin fars dilinin yerinin qorunması sahəsində Həkim Əbulqasim Firdovsinin yeri barədə çıxış ediblər.
Sonra fars dili öyrənənlərin bir qrupu Firdovsi, Xəyyam və Səədinin şerlərindən bir neçəsini qirayət, həmçinin şer hifzi və qiraəti üzrə müsabiqədə iştirak ediblər.
Bu videoformatlı mərasimin keçirilməsilə yanaşı, İranın Bakıdakı mədəniyyət mərkəzinin himayəsilə fars dili üzrə tədris kurslarının yeni mərhələsi virtual formada və otuz nəfərdən çox kurs iştirakçısı ilə fəaliyyətə başlayıb.