May 20, 2021 09:15 Asia/Baku
  •  Azərbaycan təmsilçisinin oxuduğu

Hollandiyada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən müğənninin oxuduğu "şeir" etirazlara səbəb olub

SəhərAzəri-nin verdiyi məlumata görə, sosial şəbəkə istifadəçilərinin etirazına mahnı müsabiqəsində Azərbaycan bayrağının təhqir olunması ilə yanaşı oxunan şeirin məzmunu da səbəb olub. Qeyd olunur ki, bu şeir ölkənin milli-dini mentalitetinə tamailə ziddir və müvafiq dövlət qurumları bu barədə cavabdeh olmalı, həm də Azərbaycanın müsabiqədə iştirakını dayandırmalıdırlar.

Bayrağın təhqir olunması barədə istifadəçilərdən biri instaqram üzərindən yazır ki, bayraq bir ölkəni, birliyi işarələyən dövlt rəmzidir, vətən müharibəsində şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Hollandiyada cərəyan edən mahnı müsabiqəsi zamanı baş vermiş biabırçı hadisə isə Azərbaycan bayrağına qarşı edilibdir.

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən müğənninin oxuduğu "şeir"in tərcüməsi belədir:

"Mən Allahsız bir casusam, bir casusam, bütün sirlərinizi açıram, mən sirlərinin hamısını əldə etmək istəyirəm.

Mən dayandırılası deyiləm! Mən xəyallarınızla oyun quran yalancıyam. Heç kəsi sağ qoymayacam. İndi, mənə ( dəccala) aşiq olarsanmı?

Yalan da mən, yanan da mən, yaman da mən.

Gizli olan, mən təhlükəli bir sevgiliyəm. Zəhərlənmiş suyumdan sən də iç, sən də cadumun köləsi ol. Səni gipnoz edirəm.  Çalışırsız, amma mənə müqavimət göstərə bilmirsiz. Mübarizə aparmaq isdiyirsən, amma mənim sənə izah edəcəyim bir söz var: Yalan da mənəm, yanan da mənəm, yaman da mənəm."

Teqlər