May 20, 2021 18:51 Asia/Baku
  • Azərbaycan və İran arasında saziş imzalandı

İran və Azərbaycan arasında magistral avtomobil yollarında sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublakasının Azərbaycandakı səfirliyi bu barədə məlumat verib.

Məlumata görə, Təbrizdə İran və Azərbaycan arasında magistral yollarda yük və sərnişin daşımalarına dair iclas keçirilib.

İclasın sonunda iki ölkə arasında magistral yollarda sərnişin və yük daşımaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən, Novruz bayramı günlərində, Məhərrəmlik ayında və yay fəslində səfərlərin sayının artması fonunda sərhəd-keçid məntəqələrindən sərnişinlərin gediş-gəlişi asanlaşdırılacaq.

Azərbaycan tərəfi həmçinin təklif edib ki, Bakı, Naxçıvan və əks istiqamətə davamlı sərnişin avtobus xətti səhiyyə protokollarına əməl edilərək yenidən bərpa olunsun.

İran tərəfi, öz növbəsində, elan edib ki, koronavirus şəraitinə görə aidiyyəti qurumlarla Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi üçün imkanın yaradılmasına dair danışıqlar aparılıb, Azərbaycan tərəfinə bu haqda məlumat veriləcək.

Teqlər