May 22, 2021 15:21 Asia/Baku
  •  Biz ətlə dırnaq kimi vahid və ayrılmazıq

İranın Azərbaycan Respublikasındakı səfiri qonşu və müsəlman xalqların vəhdətini görmək istəməyən sionist rejimin Bakıdakı səfirliyinin sayıqlamalarına cavabda, cinayətkar rejimin səfirinə xitabən deyib: Sən hələ iranlı və azərbaycanlıya məxsus olan qeyrət və təəssübkeşlikdən heçnə bilmirsən.

SəhərAzəri-nin məlumatına əsasən,İran İslam Respublikasının Azərbaycan Respublikasınakı səfiri Seyid Abbas Musəvi işğalçı və cinayətkar sionist rejimin Bakıdakı səfirinin sayıqlamalarına öz Tvitter səhifəsində belə cavab verib:

 “Eşitmişəm özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və ağzını yalana bulamısan. Görünür, hələ iranlı və azərbaycanlıya məxsus olan qeyrət və təəssübkeşlikdən heçnə bilmirsən. Məlumatın artsın deyə: Biz ətlə dırnaq kimi vahid və ayrılmazıq və irin və çirkin dırnaqlarımız altında yuva qurmasına icazə vermərik”.

Xatırladaq ki, yaradıldığı gündən Fələstin xalqına və müsəlman xalqlara qarşı davamlı şəkildə terror törədən, elə son günlərdə fələstinli qadın və uşaqların başına bomba yağdıran sionist aparteid rejiminin Bakıdakı səfiri mənsub olduğu saxta rejimi təmizə çıxarmaq üçün İrana qarşı ittihamlar səsləndirib, İran ilə Azərbaycan Respublikası arasındakı sarsılmaz və möhkəm əlaqələri hədəfə almaq istəmişdir.

 

 

 

Teqlər