Azərbaycanlı sürücünü qətlə yetirən polis buraxılıb
May ayının 28-də Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənc sürücünü qətlə yetirən yol polisi azadlığa buraxılıb.
SəhərAzəri-nin məlumatına əsasən,may ayının 28-də Novosibirsk vilayətinin Moşkovski rayonunda azərbaycanlı gənc sürücünü odlu silahla başından vuraraq onu qətlə yetirən yol polisi azadlığa buraxılıb.
Polisin qətlə yetirdiyi azərbaycanlı sürücü və avtomobilin digər sərnişinlərinə qarşı qanunsuz əməllər eləcə də qətl anının telefonla çəkilən videosunun hər şeyi açıq-aydın göstərməsinə rəğmən qatil polisin azad edilməsi, Azərbaycan ziyalılarında ciddi narahatlıq doğurub.
Qatil polisə qarşı ölçü götürülməməsi ilə eyni zamanda məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.
APA-ya açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib: “Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi.
Qeyd edək ki, “Russia Today” telekanalının əməkdaşı, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina başda olmaqla Rusiyada bəzi tanınmış similar qatil polisə dəstək nümayiş etdirərək, onun azadlığa buraxılmasını tələb etmişdilər.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini V. Abdullayevin Gürcüstan vətəndaşı olmasına da diqqət çəkib: “Görəsən rəsmi Tbilisi öz vətəndaşına niyə sahib çıxmır? Bu məsələ Gürcüstan tərəfindən beynəlxalq təşkilatlarda qaldırılacaqmı?”.- deyə Tahir Kərimli bildirib.