Liberman Azərbaycanın dostudurmu? - ÖZƏL ŞƏRH
“Sionistlər Qafqaz ölkələrinə fürsətçilik zehniyyəti ilə yanaşırlar” – M.Pakayin
Azərbaycanlı politoloq iddia edib ki, sionist rejimin yeni hökumətində ultra-ifratçı Libermanın iştirakı Bakı üçün yeni şanslar yaradacaqdır.
SəhərAzəri-nin məlumatına əsasən, politoloq Xaqani Cəfərli özünün facebook səhifəsində bu barədə yazıb: “İsraildə 6 müxalifət partiyasının quracağı hökumətdə Azərbaycanın dostu Aviqdor Libermanın maliyyə naziri olacağı gözlənilir. Liberman İkinci Qarabağ Müharibəsində Azərbaycanın haqlı davasını alovlu müdafiə edən azsaylı nüfuzlu dövlət xadimlərindən biri idi.”
Politolq, Aviqdor Libermanın da tərkibində təmsil olunacağı hökumətin Azərbaycanla münasibətləri daha da inkişaf etdirəcəyinə ümid etdiyini vurğulayıb.
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, politoloq Möhsün Pakayin Səhər-Xəbərlə müsahibədə bu yanaşmaya münasibət bildirərkən İsrailin əsasən öz maraqları çərçivəsində hərəkət etdiyini söylədi.
Xatırladaq ki, son zamanlar İsrail rejiminin Azərbaycan medialarında təbliği geniş vüsət alıb və bu rejim silah tədarükünə xatir Azərbaycanın müttəfiqi kimi qələmə verilir. Halbuki Təl-Əviv silah müqavilələrindən təxminən 7 milyard dollar qazanıb, Ermənistana isə pulsuz silah verib.