İyun 13, 2021 14:19 Asia/Baku
  • İlham İsmayıl: Qərbə inanmaq sadəlövhlük olar

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl xəritə-diversant mübadiləsinə görə Qərb dövlətlərinə inanmamağa çağırdı.

SəhərAzəri-nin məlumatına əsasən, İ.İsmayıl öz feysbuk paylaşımında yazır: "Bundan sonra Qərbin Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətinin intensiv xarakter alacağı gözlənilir. Təcrübə göstərib ki, onlara da sonadək inanmaq sadəlövhlük olar. Ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyətə başlaması üçün diplomatiyamız yeddi aylıq sükuta son verməlidir. Qərb məsələyə ikili standartlarla yanaşmaya davam edəcək.

Teqlər