İyun 18, 2021 20:23 Asia/Baku
  • Bakı
    Bakı

13-cü İran prezident seçkilərinə səsvermə yerli vaxtla bu gün səhər saat səkkizdə Azərbaycan Respublikasının seçki dairəsində başlanıb.

Səsvermə Bakıdakı iranlılar məktəbi məkanında, eləcə də İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğunda keçirilib.

İran İslam Respublikasının Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi və Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyyed Əli Əkbər Ocaqnejad seçkilərin başlandığı elə ilk dəqiqələrdə seçki məntəqəsinə gedərək, nəzərdə tutduqları namizədə səs veriblər.

Azərbaycan Respublikasının seçki dairəsində İran prezident seçkiləri bütün səhiyyə protokollarına riayətlə keçirilir.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyyed Əhməd Hoseyni də bildiribdir ki, Naxçıvanda səhiyyə protokollarına riayətlə 13-cü İran prezident seçkiləri üçün bütün şərait yaradılıbdır.

Teqlər