İyun 20, 2021 14:20 Asia/Baku
  • Xəritələr barədə fikir bildirmək üçün hələ tezdir

Son günlər sosial şəbəkələrdə, Ağdamın minalanmış ərazilərinin xəritəsinin böyük qisminin yalan olması barədə məlumata Azərbaycan Respublikası Müdafiə Nazirliyi münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı son günlər sosial şəbəkələrdə məlumatlar yayılıb.

İndi Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov bu məlumatlara münasibət bildirməli olub. O mütəxəssislər tərəfindən xəritənin tam təhlilinin yekunlaşmadığını xatırladıb və deyib ki, məhz bna görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir

polkovnik-leytenant Anar Eyvazov xatırladıb ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək.

Bəlli olduğu kimi Müdafiə Nazirliyinin rərmsisi də sosial şəbəkələrdəki iddiaları rədd etməyib sadəcə bu barədə araşdırmalardan sonra dəqiq məlumatın verilə biləcəyini xatırladıb.

Azərbaycan Respublikası üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı müddətində minalanmış ərazilərin xəritəsinin verilməsi barədə dəfələrlə çağırış etsə də nəhayət 15 erməni deversantın təhvil verilməsi müqabilində Ermənistan tərəfi sadəcə Ağdamın minalanmış ərazilərinin xəritəsini təqdim edib. İndi həmin xəritə barə də də xeyli söz-söhbətlər gedir. Əgər xəritələr qismən yaxud tamamiylə yalan olarsa Azərbaycan Respublikası nə edə bilər? Ehtiyatda olan Polkovnik Şair Ramaldanov SəhərAzəri Tv-nin bu sualına cavabında Ermənistan tərəfindən Azərbaycan Respublikasına verilən Ağdamın minalanmış ərazilərinin xəritələrinin doğru olmayacağı təqdirdə Azərbaycan Respublikasının öz potensialları sövkənərək əraziləri minalardan təmizləyəcəyini bildirib.

 

Teqlər